Avropa Liqasında “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub

Avropa Liqasında “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub
# 14 dekabr 2015 13:27 (UTC +04:00)

Bakı – APA. Bu gün futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması keçirilib.

APA-nın xəbərinə görə, Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub.

“Qalatasaray” İtaliyanın “Latsio” komandası ilə qarşılaşacaq. “Fənərbağça”nın rəqibi isə Rusiyanın “Lokomotiv” (Moskva) komandası olub. Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir dövrdə iki komandanın mübarizəsi əlavə prinsipiallıq qazanıb və təhlükəsizliklə bağlı narahatlıqların ortaya çıxmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR