Elmar Məmmədyarov: “Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”

Elmar Məmmədyarov: “Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”
# 02 fevral 2016 19:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Azərbaycan hər iki ölkə rəsmiləri ilə bu barədə müzakirələr aparır: “İnanırıq ki, bu məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, bu məsələ ölkələrə mənfi təsir göstərməyəcək. Bizim türklərlə strateji müttəfiqliyimiz, Rusiya ilə strateji tərəfdaşlığımız var”.

Elmar Məmmədyarov hər iki ölkənin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edib: "Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Təbii ki, Azərbaycan səylər göstərir ki, bu böhrana çıxış yolu tapılsın və bu əməkdaşlıq yenidən öz mövqeyinə qayıtsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR