ATƏT PA: İntiqam Əliyevin azadlığa buraxılması çox vacib və müsbət addımdır

ATƏT PA: İntiqam Əliyevin azadlığa buraxılması çox vacib və müsbət addımdır
# 29 mart 2016 16:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İntiqam Əliyevin azadlığa buraxılması həm özü, həm də Avropa İnsan Haqları Məhkəməsində daxil olmaqla hüquqları müdafiə etməyə davam etdiyi şəxslər adına çox vacib və müsbət addımdır”.

APA-nın məlumatına görə, bu barədə ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri İsabel Santosun bəyanatında deyilir.

O bildirib ki, indi İntiqam Əliyevin Azərbaycan vətəndaşlarının mülki hüquqlarını müdafiə etmək işinə qayıda biləcəyinə ümid edir.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin isə əfv sərəncamının ardından İntiqam Əliyevin azadlığa buraxılmasını hökumətin tək beynəlxalq ictimaiyyət deyil, həm də öz əhalisi ilə işləməyə hazır olduğunun göstəricisi hesab etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR