Azərbaycan Qazaxıstana Kulevi terminalının imkanlarından yararlanmağı təklif edir

Azərbaycan Qazaxıstana Kulevi terminalının imkanlarından yararlanmağı təklif edir
# 06 oktyabr 2016 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hazırda Qazaxıstan enerji əməkdaşlığında Batumi limanındakı neft terminalından mayeləşdirilmiş karbohidrogen qazının (LPG) ixracının bərpasına önəm verir.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

"Tərəflər bu liman vasitəsilə maye qazının ixracı imkanlarının öyrənilməsində razılığa gələrək, bunun nə dərəcədə səmərəli olmasını araşdırmaq qərarına gəliblər. Məlumdur ki, Batumi neft terminalından Azərbaycan mayeləşdirilmiş karbohidrogen qazının daşınmasının həcmi 2010-cu ildə 156 min ton təşkil edib. 2014-cü ildə bu göstərici 23 min tona qədər azalıb, 2015-ci ildə isə mayeləşdirilmiş karbohidrogen qazının daşınması tamamilə dayandırılıb. Azərbaycan isə Qazaxıstanın karbohidrogen ehtiyatlarının nəqli və saxlanması üçün Kulevi "Black Sea" terminalının imkanlarından yararlanmağı daha məqsədəuyğun hesab edir. İldə 10 mln. ton neft və neft məhsullarının daşınmasına imkan verən bu terminal hazırda əhəmiyyətli neft həcmlərinin dünya bazarına nəqli istiqamətində böyük rola malikdir. Terminalın ümumi tutumu 348 min tondur və buradan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya mənşəli 19 adda xam neft, neft-qaz və neft-kimya məhsulu daşınmaqdadır", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR