Ucarda 2 otaqlı, Qubada isə 3 otaqlı ev yanıb

Ucarda 2 otaqlı, Qubada isə 3 otaqlı ev yanıb
# 08 oktyabr 2015 19:41 (UTC +04:00)

Bakı-APA. Ucar və Qubada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikbalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli, 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, kürsülü 3 otaq və aynabənddən ibarət evdə yanğın olub. Nəticədə evin aynabəndi, mətbəxin tavanı 16 kv.m sahədə və mətbəxdə olan mebellər 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR