Dövlət Musiqili Teatrında “Qafqazlı qardaşqızı” operettasının premyerası olacaq

Dövlət Musiqili Teatrında “Qafqazlı qardaşqızı” operettasının premyerası olacaq
# 21 sentyabr 2015 10:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ xalq artisti, bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur.

“Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Riqanın, Sankt-Peterburqun, Volqaqradın, Nalcikin Musiqili Teatrlarında tamaşaya qoyulub.

Tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir.

Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR