Bakı Ali Neft Məktəbi nüfuzlu beynəlxalq sosial şəbəkələrdə aktivdir - FOTO

Bakı Ali Neft Məktəbi nüfuzlu beynəlxalq sosial şəbəkələrdə aktivdir - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 10:18 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) EBSCO Məlumat Xidmətinin EBSCO Axtarış Xidmətini tətbiq etməsi haqda məlumat beynəlxalq sosial şəbəkələrdə dərc olunub.

Ali Məktəbdən APA-ya verilən xəbərə görə, EBSCO Company, NBC (The National Broadcasting Company is an American commercial broadcast television and radio network - Amerika Televiziya və Radio Kommersiya Yayımı Milli Yayım Şirkəti), The Librarian News Wire-LISWire-də (Kitabxana Xəbər Şəbəkəsi), eləcə də Facebook, Linkedin, Twitter kimi sosial şəbəkələrdə BANM-nin kitabxanasının strateji inkişaf istiqamətlərini müəyyənləşdirən “Gələcəyə Doğru” planında EBSCO Axtarış Xidmətinin növbəti 3 il ərzində mühüm rol oynayacağı vurğulanıb.

“Bakı Ali Neft Məktəbi EBSCO Axtarış Xidmətini seçir” başlıqlı yazıda bildirilir ki, “Gələcəyə Doğru” planının mühüm komponentlərindən biri tələbə və tədqiqatçıların ehtiyaclarına uyğun rəqəmsal materialların və xidmətlərin təminatıdır. BANM-in rektoru Elmar Qasımovun sözlərinə görə, sürətli və münasib axtarış nəticələri təmin etməklə EDS (Məlumat Xidmətinin Axtarış Sistemi) müəllim və tələbələri münasib mənbələrlə təmin edəcək. EDS vasitəsi ilə tələbələr axtarışları həyata keçirərkən vaxt itirməyəcək və onların məlumat axtarışı qabiliyyətləri daha da təkmilləşəcək. BANM-in bütün tələbə və işçiləri kampusda və kampusdan kənarda EDS-ə kitabxananın internet səhifəsindən həftənin istənilən günü 24 saat daxil ola biləcəklər.

Qeyd edək ki, BANM EDS-i tətbiq edən Azərbaycanın ilk ali təhsil müəssisəsidir. İstifadəçilər EDS-in axtarış sistemindən və istifadə üçün əlverişli olmasından razıdır. EDS-in müştəri xidməti də mükəmməldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR