NATO Avropada irimiqyaslı təlimlərə başlayır

NATO Avropada irimiqyaslı təlimlərə başlayır
# 03 oktyabr 2015 03:49 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 3-də NATO-nun Avropada son 13 ildə ən irimiqyaslı hərbi təlimləri başlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, üç ölkə ərazisində (İtaliya, İspaniya, Portuqaliya) keçiriləcək təlimlərdə 36 min hərbçi 30 ölkəni təmsil edəcək.

Təlimlərdə 200 döyüş təyyarəsi və 50 hərbi gəminin iştirakı nəzərdə tutulub.

“Trident Juncture-2015” NATO-nun 2002-ci ildən bəri Avropada keçirdiyi ən irimiqyaslı təlimidir. Təlimlərə Şimali Atlantika alyansına üzv ölkələr, o cümlədən tərəfdaş dövlətlərin quru qoşunları, hərbi-hava qüvvələri və xüsusi təyinatlı bölmələri cəlb ediləcək.

Təlimlər noyabrın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR