Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Ötən gün yol qəzalarında 7 nəfər ölüb
# 05 oktyabr 2016 09:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər həyatını itirib.

Yol qəzalarından ən ağırı Balakən rayonunda qeydə alınıb. Həmin qəzada 4 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR