Bakı sakinlərindən 15 ədəd ekstazi götürülüb

Bakı sakinlərindən 15 ədəd ekstazi götürülüb
# 28 may 2016 10:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakinlərindən psixotrop həblər götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Orxan Səfərovdan 5 ədəd psixotrop həb (ekstazi) götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq ona həbləri satan Həsən Həsənov da saxlanılıb və üzərində 10 ədəd psixotrop həb (ekstazi) aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR