Sabah Bakıda 29 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda 29 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 09:50 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Cənub küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 27-32 dərəcə, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Yaxın iki gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR