Samux sakini bıçaqlanıb

Samux sakini bıçaqlanıb
# 10 sentyabr 2016 02:31 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayon sakini bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1984-cü il təvəllüdlü Amin Namazov bıçaq xəsarəti ilə əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına daha sonra isə özəl tibb mərkəzlərinin birinə yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. A. Namazovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR