Qarabağ geyimləri Özbəkistanda nümayiş etdirilib

Qarabağ geyimləri Özbəkistanda nümayiş etdirilib
# 22 avqust 2016 10:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Özbəkistanın müstəqilliyinin 25 ilinə həsr olunan tədbirdə mədəniyyət sahəsinin tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin sakinləri iştirak ediblər.

Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə maraqla qarşılanıb.

Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki “Zarqaynar libaslar evi”nin modelyerləri təqdim ediblər.

Kolleksiyada əsasən, Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

İştirakçılara Qarabağ bölgəsində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR