Həsən Ruhani: "İran-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafı üçün tərəflərin ciddi iradəsi var"

Həsən Ruhani: "İran-Azərbaycan münasibətlərinin hərtərəfli  inkişafı üçün tərəflərin ciddi iradəsi var"
# 17 may 2016 21:11 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov İran prezidenti Həsən Ruhaniyə etimadnaməsini təqdim edib.

APA-nın Tehran bürosunun məlumatına görə, prezident Ruhani görüş zamanı qeyd edib ki, bu gün İran-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafı üçün tərəflərin ciddi iradəsi var: “İki ölkə rəsmilərinin səyi ilə müştərək əməkdaşlıqda sıçrayış olmalıdır”.

H. Ruhani sanksiyaların ləğvindən sonra yaranmış imkandan hər iki ölkənin səmərəli istifadə etməsinin zəruriliyini vurğulayıb: “İki ölkə arasında çoxlu layihələr və razılaşmalar var ki, onların icrası və təkmilləşdirməsi Azərbaycan və İran arasındakı münasibətləri daha da möhkəmləndirə bilər”.

“Regiondakı problemlər, o cümlədən, terrorçuluq kimi problemlər bütün ölkələrin əməkdaşlığı ilə öz həllini tapmalıdır”, - deyə Ruhani bildirib.

Azərbaycanın Tehrandakı səfiri B. Hüseynov öz etimadnaməsini təqdim edərək bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr həmişə möhkəm köklərə və qarşılıqlı əməkdaşlığa söykənib: “İranın dostluğu və dəstəyinə heç vaxt şübhə ilə yanaşmamışıq. Tehran və Bakı arasındakı əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə inkişafı, hər iki ölkənin və hər iki xalqın xeyrinədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR