Gəncədə oğurluq edən iki nəfər tutulub

Gəncədə oğurluq edən iki nəfər tutulub
# 05 may 2016 11:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə oğurluq faktının üstü açılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağdam rayon sakini Ramil Paşayev aprelin 30-da Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət edərək şəhərin mərkəzində saxladığı “Toyota” markalı avtomobilinin salonundan içərisində 6 min manat dəyərində qızıl-zinət əşyaları, 400 manat nəğd pul və digər əşyalar olan çantanın oğurlanması barədə məlumat verib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən iki nəfər Gəncə şəhər sakinləri 1979-cu il təvəllüdlü Razi Rzayev və 1983-cü il təvəllüdlü Suliddin Abbasov saxlanılıblar. Onlar cinayət əməlini törətdiklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR