Meksikada neft zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb - YENİLƏNİB-1

Meksikada neft zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 21 aprel 2016 02:46 (UTC +04:00)

Bakı-APA. Meksikanın Verakrus ştatında neft zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə insan ərazidən təxliyə olunub.

Verakrus ştatının ictimai təhlükəsizlik naziri Arturo Bermudesin sözlərinə görə, yanğınsöndürənlər yanğını nəzarət altına ala biliblər.

***

03:35

Bakı-APA. Meksikanın Verakrus ştatında neft zavodunda baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Pemex” neft-qaz şirkətinin açıqlamasında bildirilir.

“Dəqiqləşdirilmiş məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 30-a çatıb”, şirkətdən bildiriblər.

Hazırda ərazidə xilasedici əməliyyat davam etdirilir, zavod əməkdaşları təxliyə olunur.

***

02:05

Bakı-APA. Meksikada neft zavodunda partlayış baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 3 fəhlə xəsarət alıb.

Müəssisənin “Petroquímica Mexicana de Vinilo” şirkətinə məxsus olduğu bildirilir. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR