Bakıda daha bir avtobus marşrut xətti istifadəyə verilir

<b>Bakıda daha bir avtobus marşrut xətti istifadəyə verilir</b>
# 09 oktyabr 2015 17:45 (UTC +04:00)

Bakı. APA- Economics. Bakıda daha bir avtobus marşrut xətti istifadəyə verilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-Economics-ə verilən məlumata görə, oktyabrın 10-dan paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayır.

4 saylı marşrut avtobusunun hərəkət istiqaməti Nərimanov metro stansiyası - Gənclik metro stansiyası – Azadlıq pr. – 28 may metro stansiyası – Xətai pr. olacaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR