Gürcüstanda Rusiya telekanallarının yayımı dayandırılır

Gürcüstanda Rusiya telekanallarının yayımı dayandırılır
# 19 may 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın “Silknet” telekommunikasiya şirkəti mayın 31-dən “Russia Today”, "Rusiya 24" və RTD xəbər telekanallarının yayımını dayandırır.

APA-nın xəbərinə görə, bu barədə şirkətin məlumatında bildirilir.

Buna səbəb istehlakçıların adıçəkilən telekanallara maraq göstərməməsidir.

Mayın əvvəlində bir sıra Gürcüstan QHT-ləri ölkə prezidenti və baş nazirə açıq məktubla müraciət edərək “1-ci kanal”, “RTR-Planeta”, “Rusiya 24”, “NTV Mir”, TVCI, Rusiya 1, NTV, TNT, Peterburq 5, “Zvezda”, REN-TV və "Russia Today" telekanalarının yayımına qadağa qoymağı tələb ediblər.

Qeyd edək ki, 2008-ci ildə Rusiya telekanallarının Gürcüstanda yayımı dayandırılıb, 2012-ci ildə isə bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR