"Rabitəbank" manatla olan əmanət faizlərini 14%-dək artırıb

"Rabitəbank" manatla olan əmanət faizlərini 14%-dək artırıb
# 21 aprel 2016 09:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC manatda olan əmanət faizlərini artıraraq müştərilər üçün rahat və səmərəli şəkildə pul yığmalarına şərait yaradır. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Rabitəbank” hal-hazırda “Universal” və “Universal Plus” depozit növlərində yüksək faiz şərtlərini tətbiq edərək, qısa müddət ərzində müştərilərin vəsaitlərini daha çox artırmaq imkanı verir.

İndi manat üzrə əmanət yerləşdirən müştərilər 3 aya illik 10%, 6 aya -12%, 1 ilə 13%, 2 – iki ilə isə 14% gəlir əldə edə bilərlər.

Qeyd edək ki, “Universal” əmanətdə seçim imkanından asılı olaraq müştərilər faiz və müddəti özləri müəyyən edirlər. Manat, dolar və avro valyutasında təqdim edilən universal depozitin açılması üçün minimal məbləğ 200 manat/dollar və 500 avrodur.

İstənilən şəxs “Rabitəbank” ASC istənilən şöbə və filialında əmanət hesabı açdıra bilər. Hal-hazırda, “Rabitəbank” müştərilərinə 4 növ əmanət məhsullarını təqdim edir: "Universal", "Universal plus", Uşaq yığım əmanəti və "Kartmane".

Fəaliyyət göstərdiyi 22 il ərzində “Rabitəbank” ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7-si Bakı şəhərində, 17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərməkdədir.

Əmanət və digər məhsullar haqqında daha ətraflı məlumatı əldə etmək üçün “Rabitəbank”ın 133 məlumat mərkəzi ilə əlaqə saxlamaq və ya www.rabitabank.com saytına daxil olmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR