Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi keçiriləcək

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi keçiriləcək
# 24 noyabr 2015 15:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR