Gürcüstanda təxminən 34 majoritar seçki dairəsində ikinci tur keçiriləcək

Gürcüstanda təxminən 34 majoritar seçki dairəsində ikinci tur keçiriləcək
# 09 oktyabr 2016 22:55 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda keçirilən 8 oktyabr parlament seçkilərinin ikinci turunda iştirak edən majoritar seçki dairələrin adı məlum olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib. Bildirilib ki, birinci turda 17 majoritar seçki dairələrində seçkilər yekunlaşıb. Birinci turun siyahısına görə, azərbaycanlıların kompakt yaşadığı 31 nömrəli Qardabani, 35 nömrəli Marneuli, 33 nömrəli Bolnisi, 32 nömrəli Tetriskaro-Qardabani, 34 nömrəli Tsalqa-Dmanisi və digər majoritar seçki dairələrdə seçkilər yekunlaşıb və səslər hesablanıb.

MSK-dan verilən məlumata görə, ölkənin regiondakı 51 majoritar dairəsindən 34 dairədə ikinci tur keçiriləcək. Həmin dairələrin 32-də “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək. Digər iki dairədə isə “Gürcü Arzusu” və “Azad Demokratlar”, həmçinin “Sənayeçilər” tərəfindən irəli sürülən majoritar namizədlər deputatlıq uğrunda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR