Uşaq Məlumat Bankı gələn il fəaliyyətə başlayacaq

Uşaq Məlumat Bankı gələn il fəaliyyətə başlayacaq
# 30 dekabr 2015 08:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, Uşaq Məlumat Bankı gələn il fəaliyyətə başlayacaq.

O bildirib ki, Məlumat Bankında uşaqlar haqda bütün məlumatlar toplanacaq: “Məlumat Bankında 38 bənd üzrə məlumatlar olacaq. Uşaqların bilik səviyyəsi, yaşayış yeri, aliment və sosial müavinət alıb-almamağı, habelə digər məsələlərlə bağlı ətraflı məlumatlar da Məlumat Bankında toplanacaq”.

Şöbə müdiri qeyd edib ki, Uşaq Məlumat Bankının maketi, texniki komponentləri hazırlanıb: “Uşaq Məlumat Bankı üzərində 7 dövlət qurumu tərəfindən iş aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR