Nazir: “BMT baş katibinin Azərbaycana səfəri əlamətdar hadisəyə çevriləcək”

Nazir: “BMT baş katibinin Azərbaycana səfəri əlamətdar hadisəyə çevriləcək”
# 07 aprel 2016 14:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Pan Gi Munun Azərbaycana səfəri ölkəmizin xarici siyasətində əlamətdar hadisəyə çevriləcək”.


APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, BMT baş katibi Sivilizasiyalar Alyansının aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak edəcək: “Biz bu səfəri gözləyirik. BMT baş katibi ölkəmizə xüsusi proqramla səfər edəcək. Həmin proqramın təsdiq olunması üçün Bakıya xüsusi nümayəndə heyəti gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR