Nazir: “Rusiya neft hasilatını azaltmayacaq”

Nazir: “Rusiya neft hasilatını azaltmayacaq”
# 30 sentyabr 2016 05:36 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya neftin hazırkı hasilat səviyyəsini qoruyacaq. “APA-Economics” xəbər verir ki, bu barədə Rusiyanın neft naziri Aleksandr Novak bildirib.
“Hər şey həm makroiqtisadi vəziyyətdən, həm də şirkətlərin planlarından asılı olacaq. Lakin biz hazırkı hasilat səviyyəsinin qorunmasına köklənmişik”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Rusiyada sutkalıq hasilat səviyyəsi 11 mln. barreli ötüb ki, bu da tarixi göstəricidir.
Əlavə edək ki, OPEC ölkələri Əlcəzairdə keçirilən qeyri-formal görüşün nəticəsində hasilat səviyyəsinin 33 mln. barrelədək azaldılması ilə bağlı razılığa gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR