Tovuzda yaşayış evində partlayış olub, xəsarət alan var - VİDEO

Tovuzda yaşayış evində partlayış olub, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 09 noyabr 2015 12:19 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, Mehman Həmzəyevə məxsus iki mərtəbəli evdə partlayış yaranıb. Hadisə nəticəsində evin pəncərə şüşələri qırılıb, divarlarında çat əmələ gəlib. Partlayış zamanı M. Həmzəyevin övladı 2003-cü il təvəllüdlü Elşən Həmzəyev yüngül xəsarət alıb.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR