ABŞ Belarusun 9 şirkətinə qarşı tətbiq edilən sanksiyaları qismən dayandırıb

ABŞ Belarusun 9 şirkətinə qarşı tətbiq edilən sanksiyaları qismən dayandırıb
# 29 oktyabr 2015 20:54 (UTC +04:00)

Bakı-APA. ABŞ Belarusun 9 şirkətinə qarşı tətbiq edilən sanksiyaları qismən dayandırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.

Bəyanata əsasən, qəbul olunan qərar “Belarusneft”, “Belneftexim” və onun ABŞ-dakı filialı, “Belşina”, “Qrodno Azot”, “Qrodno Ximvolokno”, “Lakokraska”, “Naftan” ASC və “Polotsk Steklovolokno” şirkətlərini əhatə edib.

Qeyd edək ki, bundan əvvəl Aİ ölkələri Belarusun 170 vətəndaşına qarşı sanksiyaların tətbiqini dörd ay müddətinə dayandırıb.

Bundan başqa, üç hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar müvəqqəti dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl Aİ Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tətbiq edilən sanksiyaları ləğv edib.

Belarus lideri Aİ ilə münasibətlərin tam normallaşacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR