Martda Azərbaycanda pul bazası artıb

Martda Azərbaycanda pul bazası artıb
# 04 aprel 2016 08:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mart ayında Azərbaycanda pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 147,3 mln. manat artıb.

Başqa sözlə, martda ölkədə pul bazası 2,3% artaraq 6 535,8 mln. manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 1 803,6 mln. manat və ya 21,62% azalma, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 366 mln. manat və ya 5,3% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR