1914-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı soyqırımla bağlı beynəlxalq elmi ictimaiyyətə müraciət edilib

1914-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı soyqırımla bağlı beynəlxalq elmi ictimaiyyətə müraciət edilib
# 16 aprel 2016 09:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şamaxıda keçirilmiş “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III beynəlxalq konfransın iştirakçıları beynəlxalq elmi ictimaiyyətə müraciət edib.

AMEA Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfrans təkcə Azərbaycanın elmi həyatı üçün deyil, eyni taleyi yaşamış bir çox dünya xalqlarının tarixi taleyi üçün də önəmli hadisədir:

“Tarixçi-alimlər Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərqi Anadoluda, Türküstanda, Şimalı Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı sübut ediblər. On minlərlə dinc türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə qətlə yetiriliblər”.

Müraciətdə qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevriliblər: “Biz təəssüf hissi ilə qeyd etməliyik ki, dünya ictimaiyyəti, nüfuzlu siyasi dairələr erməni təcavüzünün qarşısını almaq çağırışlarına biganə qalır, hətta mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri inkar edirlər. Ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR