Bakıda saxta pul satan Nigeriya vətəndaşlarına hökm oxunub

 Bakıda saxta pul satan Nigeriya vətəndaşlarına hökm oxunub
# 23 noyabr 2015 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR