Əbülfəs Qarayev xarici ölkələrin səfirləri ilə görüşüb

Əbülfəs Qarayev xarici ölkələrin səfirləri ilə görüşüb
# 26 yanvar 2016 16:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikası, İsveçrə, Çexiya və Qazaxıstanın ölkəmizdəki səfirləri Kim Çanq Gyun, Filip Stalder, Vitezlav Pivonka və Beybit İsabayevi qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi vurğulanıb.

Nazir Ə. Qarayev səfirlərə 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib və təmsil etdikləri ölkələrin Forumun işində yaxından iştirakının əməkdaşlığımıza böyük töhfələr verəcəyini bildirib.

Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və bildirilib ki, gələcəkdə də ölkələr arasında musiqi festivallarının, birgə mədəniyyət günlərinin keçirilməsi, muzey, kitabxana, kino sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR