Uşaq Musiqi Məktəbinə yeni direktor təyin olunub

Uşaq Musiqi Məktəbinə yeni direktor təyin olunub
# 01 mart 2016 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 30 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatı həyata keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayevin əmrinə uyğun olaraq Yusif Məmmədov 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Nazirlikdən bildiriblər ki, musiqi məktəbinin keçmiş direktoru Eldar Bağırov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR