Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının rəqibləri müəyyənləşib
# 16 mart 2016 11:10 (UTC +04:00)

Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Nooruz-2016”da bütün rəqiblərinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, martın 17-21-də baş tutacaq yarışa yalnız ölkəmiz əsas komanda ilə qatılacaq.

Turnirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Gürcüstan yığmalarının iştirakı nəzərdə tutulsa da, bu, son anda reallaşmayıb. Həmçinin, Rusiya və Çin klubları da təşkilatçıların dəvətini müsbət dəyərləndirməyiblər. Nəticədə yarış 4 komanda ilə təşkil olunacaq.

Belə ki, Qırğızıstan millisi basketbolçularını klublarda saxlamaqla, “Nooruz-2016”ya 2 komanda ilə qatılacaq. Ev sahiblərini yarışda “Bars” və “Politexnik” təmsil edəcək. Qazaxıstan isə Bişkekə Aktaunun “Kaspi” klubunu göndərməyi məqsədəuyğun sayıb.

Artıq turnirin təqvimi də dəqiqləşib. Tahir Baxşıyevin rəhbərliyi altında yarışda iştirak edəcək millimiz ilk görüşünü Qazaxıstan klubuna qarşı keçirəcək.

17 mart

13:00. “Kaspi” (Qazaxıstan) – Azərbaycan

15:00. “Politexnik” (Qırğızıstan) – “Bars” (Qırğızıstan)

18 mart

13:00. “Kaspi” (Qazaxıstan) – “Bars” (Qırğızıstan)

15:00. “Politexnik” (Qırğızıstan) – Azərbaycan

19 mart

12:00. Azərbaycan – “Bars” (Qırğızıstan)

14:00. “Politexnik” (Qırğızıstan) – “Kaspi” (Qazaxıstan)

20 mart

12:00. Yarımfinal

14:00. Yarımfinal

21 mart

12:00. 3-cü yer uğrunda

14:00. Final

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR