Rusiyada erməni qadın həmyerlisini öldürüb

Rusiyada erməni qadın həmyerlisini öldürüb
# 10 fevral 2016 14:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Stavropol diyarının Georqiyevsk şəhərində erməni qadın həmyerlisini öldürüb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Erməniləri İttifaqının Stavropol diyarı üzrə regional bölməsinin sədri Georgi Safarov deyib. O bildirib ki, erməni xanımlar arasında münaqişə məişət zəminində baş verib: “Nə baş verdiyindən mən də məlumatsızam. Hazırda istintaq aparılır. Lakin erməni xanım həmyerlisini öldürüb. Onların hər ikisi Rusiya vətəndaşıdır. İstintaq başa çatdıqdan sonra biz nə isə öyrənə biləcəyik”.

İlkin məlumatlara əsasən Stavropol diyarının Georgiyevsk şəhər sakini olan 3 uşaq anası Lusine Arustamyanın qətli yeni il bayramından öncə baş verib. Cinayətin əsas motivinin borc məsələsi olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR