Fəxri xiyabanda "yaşayanlar..." - FOTOSESSİYA

Fəxri xiyabanda "yaşayanlar..." - <span style="color: red;">FOTOSESSİYA
# 21 yanvar 2016 12:20 (UTC +04:00)

Fəxri xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb.
APA-nın məlumatına görə, sərəncama əlavə olunmuş siyahıya uyğun olaraq, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları Fəxri Xiyabana köçürülüb və onların qəbirüstü abidələri qoyulub. Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi. Sovet dövründə və müstəqillik illərində Azərbaycan Respublikasında yüksək vəzifələr tutmuş, o cümlədən dövlət başçıları, parlament sədrləri, nazirlər, deputatlar, xalq yazıçıları və şairləri I Fəxri Xiyabanda dəfn olunurlar.


Hazırda I Fəxri xiyabanda 251, II Fəxri xiyabanda isə 500-dən artıq insan dəfn olunub.

Müəllif - Cavid Zeynallı

FOTO - Fəxrəddin Abdullayev © APA HOLDİNG

Heydər Əliyev. Ümummilli Lider…

Zərifə Əliyeva. Akademik, görkəmli oftalmoloq alim…

Həsən bəy Zərdabi. "Əkinçi"

Üzeyir Hacıbəyov. Azərbaycan musiqisinin peyğəmbəri

Əbülfəz Elçibəy. "Mən prezident olmadım ki..."

Məmməd Araz. Bu daş altda Məmməd Araz yaşayır...

Cəlil Məmmədquluzadə. "Danabaş kəndinin müəllimi... "

Cəfər Cabbarlı. “Ana… Ana… Sənə mən rahibəm itaətdə!...”

Əbdürrəhim bəy Haqverdiyev. “Ac həriflər”

Səməd Vurğun. "Demə, Səməd Vurğun gəldi-gedərdi... "

İsmayıl Şıxlı. “Dəli Kür”

Qara Qarayev. “İldırımlı yollarla”…

Bülbül. “Sevgili canan”

Yusif Məmmədəliyev. "Kimya tilsimindən çıxa bilmədim..."

Ziya Bünyadov. Alim və döyüşçü

Yusif Səmədoğlu. Yuxunuz şirin olsun, dirilər...

Bəxtiyar Vahabzadə. “Gülüstan”

Vaqif Səmədoğlu. "Mən burdayam, İlahi... "

Rəsul Rza. “İnsanlardan soruşun, onlar məni tanıyır...

Qabil. “Səhv düşəndə yerimiz...

Nəsibə Zeynalova. Keçən əsrin qayınanası

Süleyman Rüstəm. "Səndən də gəlib gündə Süleymana deyirlər..."

Əliş Ləmbəranski. “Bağırov körpüsü”, “Dövlət sirki”, Heydər Əliyev adına Saray, Qaqarin körpüsünün müəllifi

Müslüm Maqomayev. “Azərbaycan”

Şövkət Ələkbərova. “Bir könül sındırmışam...”

Rəşid Behbudov. "Yenə də çıxıbdır düzə lalələr…"

Əli Vəliyev. “Budağın xatirələri”

Heydər Hüseynov. Filosofun intiharı...

Seyid Cəfər Pişəvəri. İnqilabçı...

Süleyman Rəhimov. Nəsrimizin ağır artilleriyası

İsa Hüseynov. “İdeal...

İlyas Əfəndiyev. “Dağlar arxasında üç dost

Süleyman Sani Axundov. “Qaraca qız”

Afiyəddin Cəlilov. Atəşkəs haqqında Bişkek protokolu...

Abdulla Şaiq. Şeirləri ilə böyüdüyümüz kişi...

Bəşir Səfəroğlu. Bəşir gülür, güldürür...

Müslüm Maqomayev. Baba Müslüm...

Hüseynqulu Sarabski. Teatrın “Məcnun”u...

Azad Mirzəcanzadə. “-Deyə bildim?”

Məmməd Səid Ordubadi. “Qılınc və qələm”

Əliağa Vahid. “Səni zəmanə yetirməz dübarə, birdənəsən”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR