Türkiyədə PKK terrorçuları polisləri daşıyan mikroavtobusu partladıb

Türkiyədə PKK terrorçuları polisləri daşıyan mikroavtobusu partladıb
# 22 yanvar 2016 06:27 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda polis maşınına hücum edilib.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, PKK terrorçuları beynəlxalq İpək yolu magistralında quraşdırdıqları partlayıcı mexanizmi polisləri daşıyan mikroavtobus keçərkən işə salınıb. Partlayış nəticəsində avtomobildə olan 9 polis əməkdaşı və 1 mülki şəxs müxtəlif bədən xəsarəti alıb. Xəstəxanaya çatdırılan 10 nəfərdən bəzilərinin vəziyyəti ağırdır.

Hadisəni törədən PKK terrorçularının tutulması istiqamətində əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR