Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-a təqdim edib

Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-a təqdim edib
# 01 mart 2016 02:00 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-ın İordaniyanın paytaxtı Ammandakı Barışdırma Mərkəzinə təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Suriyadakı Barışdırma Mərkəzinin rəisi general-leytenant Sergey Kuralenko bildirib.

“Suriyada atəşkəsin pozulmasına dair bizdə olan bütün məlumatlar ABŞ-ın Ammandakı Barışdırma Mərkəzinə təqdim edilib”, - deyə Kuralenko bildirib.

Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib.

Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”, İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR