Sevdiyi qızı öldürən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Sevdiyi qızı öldürən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 13 yanvar 2016 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi yanvarın 19-da davam etdiriləcək.


Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Hüseynov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR