Bakı-APA. İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, A.Lukaşenko İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyəyə gəlib.
Mətbuat üçün qapalı keçən görüş bir saata yaxın davam edib.