Azərbaycan təmsilçisi İsraildə keçirilən “Eurovision Parti”də iştirak edib

Azərbaycan təmsilçisi İsraildə keçirilən “Eurovision Parti”də iştirak edib
# 15 aprel 2016 11:15 (UTC +04:00)

Bakı-APA. “Eurovision-2016” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səmra promo-tur çərçivəsində İsrailə səfərini başa vurub.

APA-nın xəbərinə görə, Səmra bu ölkədə ağac əkmə aksiyasında iştirak edib, müsabiqənin digər 18 iştirakçısı ilə görüşüb və Tel-Əviv şəhərini gəzib.

“İsrail çağırır” adlı “Eurovision Partisi”nə qatılan Səmra qırmızı xalçadan keçərkən maraqla izlənib. Təmsilçimiz BBC, Eurovision.tv, wiwiblogs da daxil olmaqla müxtəlif telekanal və saytlara müsahibələr verib.

Növbəti gün isə Səmra Fransanın “Eurovision” təmsilçisi Əmirin köməyi ilə “Eurovision meşəsində” ağac əkib. Daha sonra isə məşqlərə başlamazdan əvvəl iştirak etdiyi mətbuat konfransı zamanı beynəlxalq media nümayəndələri ilə yanaşı olaraq İsrailin də ən böyük telekanal və saytlarına müsahibələr verib.

Səmra Azərbaycanı builki müsabiqədə təmsil edəcəyi “Miracle” mahnısını “Theatre Club”da ifa edib.

Səmranın builki promo-turu 21-22 aprel tarixlərində Malta, 23 apreldə isə Yunanıstan səfərləri ilə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR