Azərbaycan effektiv səhiyyə sisteminə görə dünyada 51-ci yeri tutur

Azərbaycan effektiv səhiyyə sisteminə görə dünyada 51-ci yeri tutur
# 29 dekabr 2015 07:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bloomberg” agentliyi 2015-ci il üçün effektiv səhiyyə sisteminə malik olan ölkələrin reytinqini açıqlayıb.

APA-nın məlumatına görə, araşdırma əhalisinin sayı 5 milyondan çox, adambaşına düşən ÜDM-in 5 min dollardan başladığı və əhalisinin orta yaş həddinin 70 yaş olduğu 55 ölkə üzrə aparılıb.

Azərbaycan siyahıda 51-ci yeri tutub. MDB ölkələrindən Qazaxıstan 45-ci, Belarus 47-ci, Rusiya isə 54-cü olub.

Reytinqin lideri Honkonqdur. Burada orta yaş həddi 83,8 ildir və ölkə adambaşına 1800 dollar səhiyyə xərcləri sərf edir. Siyahıda ikinci yeri Sinqapur, 3-cü yeri İsrail, 4-cü yeri İspaniya, 5-ci yeri KXDR və 6-cı yeri İtaliya tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR