AŞPA müşahidə missiyasının məruzəsi qurumun Daimi Komitəsində qəbul edilib

AŞPA müşahidə missiyasının məruzəsi qurumun Daimi Komitəsində qəbul edilib
# 27 noyabr 2015 14:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. AŞPA müşahidə missiyasının Azərbaycandakı seçkilərə dair yekun məruzəsi qurumun Daimi Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iclasında yekdilliklə qəbul edilib.


APA-nın xəbərinə görə, bu barədə Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov özünün “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, noyabrın 26-da Sofiyada keçirilən AŞPA Sədarət komitəsi və Büro iclaslarında Azərbaycanda 1 noyabr parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi yekdilliklə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR