Azərbaycanın dövlət başçısı Myanma və Vyetnamın yeni seçilmiş prezidentlərini təbrik edib

Azərbaycanın dövlət başçısı Myanma və Vyetnamın yeni seçilmiş prezidentlərini təbrik edib
# 05 aprel 2016 18:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Thin Cjonu Myanma İttifaqı Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Myanma İttifaqı Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Myanma xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlət başçısı həmçinin Çan Day Kuanqı Vyetnam Sosialist Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

“Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə Azərbaycan prezidentinin məktubunda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR