Siyəzən və Ucarda yanğın olub

Siyəzən və Ucarda yanğın olub
# 16 iyun 2016 04:29 (UTC +04:00)

Bakı-APA. Siyəzən və Ucarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Beşdam kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos və quru ot yanıb.

Yanğından 120 ha biçilməmiş əkin sahələri və yaxınlıqda yerləşən ferma mühafizə olunub.

Ucar rayonu, Alpoud kəndində isə kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahədə kol kos yanıb. Yaxınlıqdakı ərazi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR