ABŞ-da qar çovğunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

ABŞ-da qar çovğunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
# 24 yanvar 2016 03:15 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın şərqində tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın şərqində minlərlə təyyarə reysi təxirə salınıb, 200 mindən çox sakin işıqsız və istiliksiz qalıb, yollarda ölüm hallarının əksəriyyətinə səbəb olmuş yüzlərlə qəza baş verib.

Xəbər verildiyi kimi, Virciniya yollarında sutka ərzində 989 yol nəqliyyat hadisəsi qeydə alınıb, polis və xilasedicilər 793 nəqliyyat vasitələrinin sürücülərinə yardım göstərməli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR