Pentaqon Avropadakı müttəfiqlərinə hərbi dəstəyi 4 dəfə artırır

Pentaqon Avropadakı müttəfiqlərinə hərbi dəstəyi 4 dəfə artırır
# 03 fevral 2016 00:27 (UTC +04:00)

Bakı-APA. Pentaqon 2017-ci ildə Avropadakı müttəfiqlərinə hərbi dəstək proqramını 789 mln dollardan 3,4 mlrd dollaradək genişləndirməyi planlaşdırır. APA-nın “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.

Karter bildirib ki, vəsaitləri hərbi mütəxəssislərin hazırlanmasına və müxtəlif növ silah-sursatın yenilənməsinə yönəltmək planlaşdırılır.

Maliyyələşmənin artırılmasının əsas səbəbi Rusiyanın Ukraynaya dair yürütdüyü siyasətin olduğu bildirilir.

Qeyd edək ki, 2017-cu ildə Pentaqon 582, 7 mlrd dollar əldə edəcəyinə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR