Ağstafada ev yanıb

Ağstafada ev yanıb
# 24 sentyabr 2016 12:53 (UTC +04:00)

Bakı – APA. Ağstafa rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, hadisə Həsənsu kəndində baş verib.

Nəticədə ümumi sahəsi 100 m² olan kürsülü, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR