Dövlət Departamentinin rəsmi nümayəndəsi: “ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır”

Dövlət Departamentinin rəsmi nümayəndəsi: “ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır”
# 27 sentyabr 2016 23:49 (UTC +04:00)

Bakı-APA. ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət rəhbərinin səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.

“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki, pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa - tədqiq edilməli və aradan qaldırılmalıdır. Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.

“ABŞ demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR