Ermənistanda bir general və iki polkovnik həbs olunub

Ermənistanda bir general və iki polkovnik həbs olunub
# 31 may 2016 09:42 (UTC +04:00)

Bakı – APA. Ermənistanda bir general və iki polkovnik saxlanılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, general Mels Çilinqaryan, polkovniklər Armen Markaryan və Mger Papyan Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin açdığı cinayət işləri çərçivəsində saxlanılıblar.

Həmin cinayət işləri keyfiyyətsiz malların alınması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı faktlar əsasında qaldırılıb. İlkin məlumata görə, bəzi məhsullar baha qiymətə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR