Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Iyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Iyun
# 27 iyun 2016 17:55 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyə Davudoğlu dönəmindən əvvəlki dövrə qayıdır. İsraillə münasibətlər bərpa olunur, Moskvadan təyyarənin vurulmasına görə üzr istənilir. İsrail və Rusiya ilə münasibətlərin korlanması tək Davudoğlunun günahı deyildi. Amma geri addımlar məhz Davudoğlu getdikdən sonra atılıb, bu həm də xarici siyasətdə yaşanan bütün problemlərin günahını dolayı yolla sabiq baş nazirin ayağına yazmaqdır. "Günah keçisi" seçilməklə Davudoğlu Türkiyəyə növbəti xidmətini etmiş oldu. İstər Rusiya, istərsə İsraillə münasibətlərin normallaşdırılması Türkiyənin üzləşdiyi bəzi problemləri həll etmiş olacaq. Türkiyənin Suriya siyasətindən köklü dəyişikliklərin baş verəcəyini indidən proqnozlaşdırmaq olar. Bu problemlərin başında Suriya sərhədi boyunca "kürd qurşağı"nın yaradılması və PKK problemi gəlir. Ankara hər iki məsələdə ABŞ-ın dəstəyindən məhrumdur, əksinə Vaşinqton həm "kürd qurşağı", həm PKK məsələsində Türkiyənin maraqlarına zidd siyasət yürüdür. Vaşinqtondan əlini üzən Ankara artıq problemi İsrail və Rusiyanın köməyi ilə həll etməyə çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR