"Intel"in Azərbaycan üzrə rəhbəri kiberhücümların iqtisadiyyata vurduğu ziyanı açıqlayıb

"Intel"in Azərbaycan üzrə rəhbəri kiberhücümların iqtisadiyyata vurduğu ziyanı açıqlayıb
# 30 mart 2016 12:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kiberhücumlara ən çox məruz qalan ölkələrin siyahısı açıqlanıb.

"APA-Eocnomics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəzi ofisi ABŞ-da yerləşən "Comodo" kibertəhlükəsizlik şirkətinin Avropa, Orta Şərq, Afrika bölgəsi üzrə məsul şəxsi Erdəm Erişin sözlərinə görə, Türkiyə kiberhücumlara ən çox məruz qalan ölkələrin siyahısında beşincidir: "Siyahıya ABŞ başçılıq edir. Ardınca Rusiya, Çin və Hindistan gəlir. Bu qəbildən olan hücumların əsas məqsədi pul qazanmaqdır".

"Intel" şirkətinin Türkiyə və Azərbaycan nümayəndəliklərinin rəhbəri İlkem Özar isə bildirib ki, ilkin araşdırmalara əsasən təkcə ötən il kiberhücumlar ölkələrin iqtisadiyyatına 500 mlrd. dollardan artıq ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR